Əsas məzmuna keç

Heca şeiri

Ürəklə dedim

Zəlimxan Yaqub

1

Sənə həyat dedim, o gündən bəri Könlümə əbədi maraq gətirdin. Sənə qanad dedim, yarıb göyləri Əngin üfüqlərdən soraq gətirdin.

Sənə bahar dedim, dünya gül açdı, Təmiz nəfəsinlə, tər gülüşünlə. Min ürək oxşadı, min könül açdı, Bir yaz çiçəkləndi hər gülüşünlə.

Sənə səhər dedim, nəğməli səhər, Axşam düşəndə də, dan atanda da. Qəlbimə güc verdin bu torpaq qədər, Böyük bir arzuya can atanda da.

Bəzəsin ömrünü bahar da, qış da, Yarış gözəllikdə çiçəklə, dedim. Dil də yalan oldu, göz də, baxış da, Sənə nə dedimsə, ürəklə dedim.

1977, 15 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.