Əsas məzmuna keç

Heca şeiri

Ürəkdən bir od qopar

Zəlimxan Yaqub

1

Göz tavana dikili, Yuxu ərşə çəkili, Xəstə boynu bükülü, Xəstəlik şahlıq eylər.

Aparmağın vaxtı var, Çöldə hazırdır çapar, Ürəkdən bir od qopar, Ömrü bir ahlıq eylər.

Can quru kəfəndədi, Nə dərd var bədəndədi. Bəndə aciz bəndədi, Ölüm allahlıq eylər.

2003, 30 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.