Ürəkaçan yol gedəsən
Ürəkaçan yol gedəsən, Dərdin-azarın olmaya. Allah yolundan savayı, Başqa güzarın olmaya.
İtməyə yerin-yerişin, Haqqınan ola hər işin. Dünyayla alış-verişin, Behin-bazarın olmaya.
Çəmən anan, çiçək bacın, Başın üstə günəş tacın. Qürbətdə bir ağrın-acın, Qərib məzarın olmaya.
2006, 12 avqust