Əsas məzmuna keç

Heca şeiri

Unutma, gəl

Zəlimxan Yaqub

1

İşıq kimi, nur kimi, Torpağa gəl, nura gəl! Görsən ki, səhradayam, Çevril qızıl quma, gəl!

Yer gün kimi parlaya, Meh yeri tumarlaya. Səpilən bu tarlaya, Əkilən bu şuma gəl!

Yetmiş yeddi qatım ol, Əslim, köküm, zatım ol. Gündüzlər həyatım ol, Gecələr yuxuma gəl!

2006 , 10 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.