Unutma
Ovçu, ova çıxırsan, Silahını unutma! Bir damla qan axıtsan, Günahını unutma!
Dərvişəm deyən kişi, Dərvişlik paltarını Əyninə geyən kişi, Hara gedirsənsə, get, Yaradanın, tanrının Dərgahını unutma!
Axşamdan yatan oğul, Bal kimi yuxuların Ətrinə batan oğul, Elə ayıl, elə yat, Zülmət gecələrdə də Davam eyləsin həyat. Axşamını fikirləş, Sabahını unutma!
Ey dilində həmişə, Dedi-qodu gəzdirən, Qəlbində iblis məkri, Şeytan odu gəzdirən, Danışanda həmişə Başının üstünə bax, Nəyi unutsan, unut, Allahını unutma!