Əsas məzmuna keç

Qoşma

Unudar ol yolunu

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, eşitsə Loğman dərdimin bu halını, Tərk edər ki, külli vətən, unudar ol yolunu.

«Hu» deyib, mən zari-əfğan gecə-gündüz ağlaram, Gər eşitsə zarımı, Qarun unudar felini.

Qara dağlar qətrə-qətrə yaş tökübən halıma, Törədibdir uluğ ümman, Nuh üzdürər salını.

Can şəhrinə saldı talan, gəldi ləşkər tuğ ilən, Bilmənəm, ol çözərmi ki, bu vətən iqbalını?

Deyin ol yarıma mənim zindan içrə olmağım, Saçlarını sallayıb, qılsın azad mən qulunu.

Məxdumqulu, adın sənin külli aləmə dolub, Qılsa adam varın qafil, gizlə, vermə bu malını.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.