Əsas məzmuna keç

Heca şeiri

Ümid yerim tək Allahdı

Zəlimxan Yaqub

1

Gözlərimi açan gündən ağlamışam ömrümə, Bu dünya bir qəm dənizi, qəlbim onun adası.

Ürək varsa, çəkməlidir qayğıların yükünü, Damaq varsa, qəm suyunu dadasıdır, dadası. Quruca bir təsəllidir, desəm, “ahın dağlara”, Ahın dağda nə işi var, cana gəlir qadası.

Nə yaxşı ki, acıların baldan şirin şeiri var, Dərimizin dərmanıdı, ruhumuzun qidası.

Sevinci də mənə xoşdu, həsrəti də, qəmi də, Ümid yerim tək Allahdı, canım onun fədası.

2003, 3 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.