Ümid yeri
Bahar buludu kimi yağmağa him gəzirəm, İçimdə çaxnaşmadı, dolmuş bulut yeri var. Şirin nəğmələrimin ötən dili bağlanıb, Səsə qənim kəsilən lal bir sükut yeri var.
Hər insanın canında ağrıların pası var, Qurulu bir çadırı, sərili bir yası var. Lap son anında belə ruhun bir xilası var, Nə yaxşı yoxa çıxmır sonuncu umut yeri.
Bir bədən min yerindən parçalanıb, çapılıb, Nə gedənlər qayıdıb, nə itənlər tapılıb. Fələyin hazırlığı bizə çoxdan yapılıb, Ağ kəfən, qara torpaq, qara tabut yeri var.
2011, 26 may Almaniya, Hannover