Əsas məzmuna keç

Gəraylı

Ulu söz

Zəlimxan Yaqub

2

Ev tik, elin-oban qalsın, Ev tik, atan-baban qalsın. Ev tik, yurdun-yuvan qalsın, Ev tikmə, özün qalası!

Ulu sözün dilini tap, Ulu sözdən bir qala yap. Ulu sözdən bağla kitab, Dalınca gözün qalası...

Əgər düşsə söz düyünə, Döz bu dağa, döz düyünə. Ulu sözün dözdüyünə, Dözməz hər dözüm qalası!

Yaddaşlarda təzə dursan, Yaddaşlarda yanan nursan. Yaddaşlarda qala qursan, Dağılmaz sözün qalası!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.