Ulu Məkkə
Ulu Məkkə gələnlərə deyir ki, Təmizlən get, çalxalan get, durul get! Dinimizin qüdrətini dərk elə, Yerin, göyün hikmətinə vurul get!
Doyma heç vaxt adamından dünyanın, Nə dadından, nə tamından dünyanın, Dala qalma nizamından dünyanın, Kəbə üstə saat kimi qurul get!
Baha saxla bu görüşü, bu andı, Əqidəsiz könül mülkü virandı. Ömrə düşən bir fürsətdi, bir andı, Qollarınla Qara daşa sarıl get!
Məkkə, 1994, iyul