Əsas məzmuna keç

Qoşma

Ulduzların yanına

Zəlimxan Yaqub

1

Uşaq ağlım qanadlana, qayıda, Uçam, gedəm ulduzların yanına. Üfüqlərin qapısına əl atam, Açam, gedəm ulduzların yanına.

Göydə quram sarayımı, taxtımı, Göylər verə taleyimi, baxtımı. Ayla, günlə xoş keçirrəm vaxtımı, Köçəm, gedəm ulduzların yanına.

Dərd gətirdi uçurum yolu, dağ yolu, Yer üzündə heç görmədim sağ yolu. Yolum ola kəhkəşanın ağ yolu, Qaçam, gedəm ulduzların yanına.

2006, 5 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.