Əsas məzmuna keç

Heca şeiri

Ulduzlara baxa-baxa

Zəlimxan Yaqub

1

Göylərin bəxtəvər çağı, Ulduz ulduzu çağırır. Elə bil ki, gecə vaxtı, Hər oğlan bir ulduz olub, Sevdiyi qızı çağırır.

Dağa çıxsaq, külək bizim, Düzə ensək, çiçək bizim. Gözəllər ulduz topası, İçində bir mələk bizim. Hara getsək, harda olsaq, Sevənlər bizi çağırır.

Bir ulduz da mənimkidir, Göylər mənə açıb yaxa. Ulduzları düşünürəm, Ulduzlara baxa-baxa.

2001, 5 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.