Əsas məzmuna keç

Qoşma

Uğura çıxanda

Zəlimxan Yaqub

2

Uğura çıxanda insan övladı Ziyarət dalınca ziyarət gələr. Uçar qanadında incə ruhların, Hər heyrət dalınca bir heyrət gələr. Bayburtda baş vurdum Dədəm Qorquda, “Mən sənin dadına yetənəm”, – dedi. Çatdım Yəsəvidə Xoca Əhmədə, “Türkün varlığına vətənəm”, – dedi. Qoca Mövlananın Şəmsinə döndüm, “Eşqinlə bülbültək ötənəm”, – dedi. İllərlə Yunusun izinə düşdüm, “Köksündə gül kimi bitənəm”, – dedi. Üz sürtdüm daşına Hacı Bəktaşın, Mənə də Yunustək buğda ver, – dedim. “Götür bu dərgahın bərəkətindən, Bir zəmi, bir sünbül, bir dənəm”, – dedi. Səfərə çıxanda insan övladı Yollar varlığına hopur qayıdır. Nə ki arzuları, diləkləri var, Yoğurur qayıdır, yapır qayıdır. Təzədən doğulur bu dünya üçün, Dünyanı qəlbində tapır qayıdır.

Bayburt, 2009, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.