Uduzarsan, çox oynasan alovla
Yad ellərdə gözəl sevmək xatadı, Qürbət səndə, sən qürbətdə qalarsan. Baxışların ovsununa düşərsən, Ögeyləşib buz həsrətdə qalarsan.
Nəfsini bas, hisslərini cilovla, Ovlayırsan çiçək ovla, gül ovla. Uduzarsan çox oynasan alovla, Əsir olub əsarətdə qalarsan.
Doğmalıqda keçən hər an şirindi, Öz diyarın hər diyardan şirindi. Dərk etməsən Vətən yardan şirindi, Ömrün boyu xəcalətdə qalarsan.
2004, 22 oktyabr