Əsas məzmuna keç

Heca şeiri

Ucuz adamların nazını çəkdim

Zəlimxan Yaqub

1

Xırmanım daşındı, dənim talandı, Qəfil hücum çəkdi oğrular mənə. Sayı çoxaldıqca ağ yalanların, Şübhəylə yanaşdı doğrular mənə.

Qırıldı qəlbimdə dil-dil ötən sim, Dərdi torpaq kimi şumladım, əkdim. Ucuz adamların nazını çəkdim, Baha başa gəldi ağrılar mənə.

2006, 30 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.