Əsas məzmuna keç

Qoşma

Üçü övladdan

Məxdumqulu Fəraqi

1

Nə on beş əyaldır, artmaz fərzəndi, Ol on beş əyalın üçü övladdan? Üçü ekiz, on dörd olar peyvəndi, Ol nə cima eylər, nə çıxar yaddan?

Ol nə xəlqdir gəh fələyə qonarlar, Gəhi enib, yer üzündə dinərlər? Ol nə adəmzaddır, bir at minərlər, — Üzəngisi sudan, cilovu baddan?

Müdam seyrə gəzər ol dörd tayi-tuş , Olar ondan cümlə aləm üzü xoş, Ol dördün biri var, müdam səbzəpuş, Kəlləsi buzdandır, ayağı oddan?

Ol kimdir, yalavac, qərib oturmuş, Avazsız aləmə sözün yetirmiş, Ağzın açıb, özün yasa batırmış, Soruram, xəbər ver mənə bu zatdan?

Məxdumqulu, salma ölkə avaza, Bular görnüb duran zatdır bu gözə, Aqil ərin fəhmi yetər bu sözə, Hacət deyil xəbər almaq ustaddan.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.