Uçdum, yaranlar
Bir cümə gecəsi gördüm düşümdə, Bal vurub, göylərə uçdum, yaranlar. Pərvaz edib, seyran etdim dünyanı, Bir abadan yerə düşdüm, yaranlar.
Kəhkəşana çıxıb dürlü səmərlər, Min dürlü meyvələr, xürrəm şəcərlər, Narıncı, turuncu, leymun, almalar, Bir abadan bağa düşdüm yaranlar.
Açılmışdır onda rəngbərəng güllər, Şurişi-əfğanda şeyda bülbüllər, Mərmərdən hovuzlu, kövsər tək sular, Təhəyyür eyləyib, çaşdım, yaranlar.
Ol qara bağlıqda gördüm bir çəmən, Əcaib tərkibdə gördüm əncümən. Dövrə girıb, gördüm, oturmuş çiltən, Salam verib, qolum qucdum, yaranlar.
Hammı avaz edib «Əleyk!» aydılar, İşarət eyləyib: «Ötgül» dedilər. Dövrə qurub, cama şərab qoydular, Mənə yetcək, qolum açdım, yaranlar.
Bilmədim, mənə çox, yoxsa az verdi, Özgə aləm, başga bir avaz verdi, Eşq aldı könlümü, dilə söz verdi, Ayaqdan-ayağa düşdüm, yaranlar.
Məxdumqulu, huşyar oldum, oyandım, Oyandım, alışdım, tutuşdım, yandım, Məna bazarında xəyyata döndüm, Şirin qəzəl donun biçdim, yaranlar.