Əsas məzmuna keç

Qoşma

Uçdum bir sevdanın qanadlarında

Zəlimxan Yaqub

1

Qışın şaxtasında gəldim dünyaya, Çiçəklər göndərdi yaz xəbərini. Uçdum bir sevdanın qanadlarında, Elçilər gətirdi qız xəbərini.

Doğuldum, böyüdüm məhəbbət kimi, Səpildim torpağa bərəkət kimi, Haqq özü endirdi bir sərvət kimi, Tanrıdan eşitdim söz xəbərini.

Səs gəldi, səsimə səda verdilər, Ruhumu atəşə, oda verdilər, Şirin bir yuxuda badə verdilər, Qorquddan öyrəndim söz xəbərini.

Ağrılar dolaşır ayağa, ələ, Həyat hər addımda qurur bir tələ. Zəlimxan, getməyə tələsmə hələ, Ölüm gətirəcək bez xəbərini.

2002, 5 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.