Əsas məzmuna keç

Qoşma

Üç müqəddəs duyğu

Zəlimxan Yaqub

1

Ürəyimdə üç müqəddəs duyğu var, Bir övladım, bir qələmim, bir sazım. Çırağıdı taleyimin, baxtımın, Bir övladım, bir qələmim, bir sazım.

El mənimdi, özülüm var, himim var, Bir kök üstə min nəğməli simim var. Qoy danışsın kim olmuşam, kimim var, Bir övladım, bir qələmim, bir sazım.

Övlad ruhum, qələm dilim, saz köküm, Hər üçünə səcdə qılım, diz çöküm. Dərdim olsa, həm dərmandı, həm həkim, Bir övladım, bir qələmim, bir sazım.

Əzizləyər torpağımı, havamı, Döyüş olsa, özü çəkər davamı. Məndən sonra dövranımın davamı, Bir övladım, bir qələmim, bir sazım.

Bir çiçəyəm, torpağım var, göyüm var, Bir ürəyəm, kamanım var, neyim var. Bu Vətənin keşiyində nəyim var – Bir övladım, bir qələmim, bir sazım.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.