Ucalıq heykəli
(Hacımurad dayımın dediklərindən)
Uçmaq istəyirsən, arzuya alqış, Güc ver güvəndiyin qanadına sən. Yaxın buraxmasa qoynuna səni, Baxma zirvələrin inadına sən. Bisütuna dönsə hər duman qatı, Çevril əqidənin Fərhadına sən! Eşqinlə ucalıq heykəli yarat Xalqına, elinə, övladına sən!