Əsas məzmuna keç

Qoşma

Ucalıq

Zəlimxan Yaqub

1

Bəşər yaddaşına yazdı, yaşatdı, Dünyaya tək gəlib, tək gedənləri. Hər ocaq yetirməz, hər ana doğmaz, Dünyaya pak gəlib, pak gedənləri.

Kim sürdü ömrünü, kim verdi bada, Kimi doğmalaşdı, kim döndü yada. Ucalan görmədim heç vaxt dünyada, Tanrı varlığına şəkk edənləri.

Şöhrət min illəri keçdi, haqladı, Nə dağ silkələndi, nə daş laxladı. Allah öz qəlbində təmiz saxladı, Allahı qəlbinə həkk edənləri!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.