Əsas məzmuna keç

Heca şeiri

Tüstü

Zəlimxan Yaqub

1

Mən səni yandırdım, nə gördüm, ey şam, Gördüm alovunu, istini gördüm. Qıymadım sübhədək əriməyinə Elə ki, söndürdüm, tüstünü gördüm. Başıma dolandı Kainat, aləm, Qanadım qırıldı, qolum kəsildi. Üstümə yeridi qayalı dağlar, Elə bil hər yandan yolum kəsildi. Çox nahaq söndürdüm, çox nahaq səni, Dünyanın qəribə qanunu varmış, Yananlar vədəsiz söndürüləndə Başından həmişə tüstü çıxarmış!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.