Türkmən binası
Qurduğum əslində bilgil, bu zəminin mıxıdır, Olar ol ərkan müdam, budur ki türkmən binası.
Tərki-dünya eyləyər ol, gəlsə rəqib qaşına, Bil, poladdan bina olan, budur türkmən qalası.
Süleyman, Rüstəmi-Zal, Cəmşid ona olmuş gəda, Gündə yüz min salsa ləşkər, dəyməz şahın bəlası.
Dağlar ondan alar təlim, ləşkəri səf-səf durar, Hər çəkəndə Zülfüqarın, artar igidin həvəsi.
Təkə, yomut, yazır, göylən, axal eli bir olub, Bir yerə qılsa yürüş, açılar gül laləsi.
Külli qızılbaş varını atdı dağ arxasına, Gecə-sabah yatmazlar, gələr oların naləsi.
Gər qədəm ursa səyyad, olmaz ona müyəssər, Əsir edib ala bilməz, düşməz türkmən balası.
Arifləri dəm-dəm gələr, toyu vardır hər zaman, Mərdi-mərdanə sözlüdür, yoxdur könül hiyləsi.
Deyər ki, Məxdumqulu, olmaz könüldə bir qara, Haq rəy verib, qılmış nəzər, vardır onun sayəsi.