Turanın şeirini turanda yazdım
Nəvəm babasından şeir istədi, Onu ən müqəddəs bir anda yazdım. Ulu bir şəhərdə ellər-obalar, Sabah namazına duranda yazdım.
Bir zərrə, bir qətrə, Kainat – nəvə, Babalar könlündə bu həyat – nəvə. Gələn sabahlara qol-qanad nəvə, Mən bu duyğulara varanda yazdım.
Saçan işıq oldu, açan gül oldu, Nəvə şahlığına canım qul oldu. Bu şeirin vətəni İstanbul oldu, Turanın şeirini Turanda yazdım.
2002, 15 iyun