Əsas məzmuna keç

Heca şeiri

“toyunu görüm” dedi

Zəlimxan Yaqub

1

Ömrün oğlan çağında, Bir dünya sevgi duydum, Bir qarış torpağında, Gəzdim doğma kəndimi. Qoy özü versin cavab, Ona olan istəyim, Bircə gün azaldımı, Bircə gün tükəndimi?! Bağlarına su verdim, İçib-içib doyunca, “Toyunu görüm” dedi. Baş qaldırdı çiçəklər, Yaşıl yollar boyunca, “Toyunu görüm” dedi. Düzəltdi öz qəddini, Baharda bənövşəsi. Sığal verdi hüsnünə, Toy biçimli meşəsi, “Toyunu görüm” dedi. Boya-başa yetirdi, Nağıllar, əfsanələr, Dilində xeyir-dua, Ağbirçəkli nənələr, “Toyunu görüm” dedi. Ağsaqqal babalar da, Baxdı uca boyuma, “Toyunu görüm” dedi. Sevənlər, sevilənlər, Hazırlaşdı toyuma, “Toyunu görüm” dedi. Toyum oldu payızda, Gizli yandım-yaxıldım, Qəlbim nəşə görmədi. Niyə mənim sevgimi, Toyunu görüm deyən O bənövşə görmədi, O bənövşə görmədi!

1974, 10 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.