Toxluq-aclıq min illərin davasıdı
Ölkə geniş, torpaq böyük, dövlət ali, Yurd kimdədi, yer kimdədi, söz onundu. Toxluq-aclıq min illərin davasıdı, Sərvət kimdə, zər kimdədi, söz onundu.
Bu taledi, gah oyanar, gah da yatar, Bu bazarda kimi alar, kimi satar. Haqlıların haqqı haqqa çətin çatar, Güc kimdədi, zor kimdədi, söz onundu.
Güclüsənsə, səni dövlət sayacaqlar, Xoş sözünü eldən-elə yayacaqlar. Zəifsənsə, diri-diri soyacaqlar, Bu gün silah hər kimdədi, söz onundu.
2001, 15 iyun Vaşinqton