Torpaq üçün qeyrətini qılınc bil
Uşaqsanmı, ağlın bir şey kəsməyə, Qocasanmı, itirəsən yaddaşı? Cavanlığın ətəyindən bərk yapış, Daşıyırsan, bir müqəddəs ad daşı.
Əqidəsiz keçən ömrü gülünc bil, Torpaq üçün qeyrətini qılınc bil. Öz daşını öz başına balınc bil, Könül açmaz yad torpağı, yad daşı.
İç camını, şərbətindən ləzzət al, Görüş gözlə, həsrətindən ləzzət al. Ömrün-günün nemətindən ləzzət al, Ömrü boyu damağında dad daşı.
2003, 2 may