Əsas məzmuna keç

Qoşma

Torpaq ətri

Zəlimxan Yaqub

1

Öz içimdə torpaq əkib, dən səpirəm, Duyğuları cücərdirəm pöhrə kimi. Yağışım gur, Günəşim bol, havam təmiz, Yetişirəm ən şirin bar-bəhrə kimi.

Çirkinliyin son ucu qaranlıq olur, Gözəlliyin meyvəsi heyranlıq olur. Söz var yağdı, söz də var ayranlıq olur, Gecə-gündüz çalxanıram nehrə kimi.

İçimdəki qaynar çeşmə, axar çaydı, Nəğməsini hər gün eldən-elə yaydı. Ürəyimdə torpaq ətri olmasaydı, Quruyardım qumsal kimi, səhra kimi.

2004, 30 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.