Torpaq
Göz yetirdim, könül verdim Yurdumun hər qarışına. Ürək dedi: “Uzaq durma, Qayna ona, qarış ona”.
At oynatdım eldən-elə, Duyğularım döndü selə. Yağı düşmən ölsə belə Vermərəm bir qarış ona.
Vuruş-barış, qılınc-qalxan, Gör nələri görüb insan. Tarixləri yazıb zaman Qayaların qırışına.
Çiçəyi nur, çəməni zər, Sözü təzə, nəğməsi tər. Torpaq özü həyat verər Torpağına qarışana!