Əsas məzmuna keç

Qoşma

Törər

Məxdumqulu Fəraqi

1

Bir il o günbatardan, Bəlli məşhur xan törər. Üzü mahi-taban tək, Bəbəkləri qan törər.

Gör Hüseyn mirzəni, Haqqa yazar ərizəni, Yerlər vurar lərzəni, İsrafildən ün törər.

Heyvan insan şanında, Əcəl vardır yanında, Dəccal yerə enəndə Başga millət, din törər.

Aşiqlərə rəy olmaz, Dünya yükü tay olmaz, Göy üzündə ay olmaz, Günbatardan gün törər.

Dəccal sazın quran son, Eyşi-işrət sürən son, Dönüb Kəbə varan son, Ərvah ilə cin törər.

Yəcuc, məcuc deyərlər, Bir-birini yeyərlər, Birini öldürərlər, Bir yerinə on törər.

Məxdumqulu der heyhat, Ruzi-məhşər − qiyamət, Ey, ya qaziyül-höccət, Bütün işlər kin törər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.