Əsas məzmuna keç

Qoşma

Töküldü

Aşıq Ələsgər

1

Bir dili qurumuş "gaf", "lam", "sat" dedi, Yandı, ürəyimin yağı töküldü. Huş başımdan getdi, ağlım dağıldı, Əlimdə istəkan sağı töküldü.

Abad könlüm yenə oldu tari-mar, Köhnə yaralarım eylədi qabar, Qabağımda taam oldu zəhrimar, Sanasan, süfrəmə ağı töküldü.

Ələsgərəm, bir ilqardan ötəri, Xəstə könlüm ağlar nardan ötəri. Bir gül bəsləyirdim yardan ötəri, Xəzan vurdu, gül yarpağı töküldü.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.