Əsas məzmuna keç

Qoşma

Töküb gedəcək

Məxdumqulu Fəraqi

1

Qəm dumanı basıb qərib könlümü, Gözüm yaş saxlamaz, töküb gedəcək, Kimdir rəhm eyləyən, sorub halımı, Sınıq könlüm görkün yıxıb gedəcək.

Gərçi od yaxsalar aşiq yağından, Ölüm asan olar dost fərağından, Hicran məni qovdu səbr dağından, Fəraq buğum-buğum söküb gedəcək.

Əvvəl dövranımı çərx bulaşdırdı, Qəm canım qurutdı, od tutuşdırdı, Eşq məni yandırdı, həddən aşdırdı, Ürəyim içimdən çıxıb gedəcək.

Farağat yatırdım nəfsim bəsləyib, Durdu könlüm yar camalın səsləyib, Haqdan hacət, haqdan murad istəyib, Gözüm ol yollara baxıb gedəcək.

Məxdumqulu, macalım yox, söyləyim, Dostlara dərdimi əyan eyləyim, Ey yaranlar, ağlamayım neyləyim, Eşq məni yandırıb, yaxıb gedəcək.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.