Əsas məzmuna keç

Qoşma

Tökər olduq yaşımız

Məxdumqulu Fəraqi

1

İstər əldən çıxa dövlət humayım, Dua qılıb, tökər olduq yaşımız. Diləyim tuş eylə, gözəl Allahım, Məğlub olub getdi qızılbaşımız.

Xıdır gəzən çöldə ellər yayılsın, Yurd binamız qaim olsun, qoyulsın, Çillə məst nərlərmiz, hamı ayılsın, Bir süfrədə əda olsun aşımız.

Dərvişlər könlü cəm dursun namaza, İgidlər yığılsın söhbətə-saza, Elimiz yetişsin solmayan yaza, Doxsan dolub, tamam olsun qışımız.

Türkmənlər bağlasa bir yerə beli, Qurudar Qülzümü, dəryayi-Nili, Təkə, yomut, göylən, yazır, əlili, Bir dövlətə qulluq etsək beşimiz.

Məxdumqulu dedi can dirliyinə, Müsəlmanı qoyma kafir xorluğuna, Rəvac vergil yomut-göylən birliyinə, Ol Kamal xan Əfqan olsun başımız.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.