Təzə-təzə
Sevgilim, təzəcə açılır bahar, Yaşıla bürünür yer təzə-təzə. Yüz damla şeh düşür bir yarpaq üstə, Yanır yanağında zər təzə-təzə.
Nəğməsini oxu, laylasını çal, Səni uzaqlara aparsın xəyal. Gülün dodağından süzüləndə bal, Zərif əllərinlə dər təzə-təzə.
Ömrümün həmdəmi, könlümün yarı, Boylan zirvələrə, dağlara sarı. Çökməmiş dumanı, yağmamış qarı, Qəlbini torpağa ver təzə-təzə.
Çəmənlər göyərsin, çiçəklər açsın, Arzular böyüsün, diləklər açsın. Qoy bu gün yaxanı küləklər açsın, Sinəni yellərə gər təzə-təzə.