Tərtər
Qonağıyam Kəlbəcərin, Qoyma könlüm sına, Tərtər. Adın-sanın qoy ömrümə, Olsun naxış, xına, Tərtər.
Varmı məndə duyan ürək, Şeirim açarmı gül-çiçək. Buyur, məni sınağa çək, Şair kimi sına, Tərtər.
Nəğmə oxu gündüz, gecə, Qarı, buzu alma vecə. İllər boyu ax beləcə, Qılıncı qoyma qına, Tərtər.
1978, 3 avqust