Əsas məzmuna keç

Qoşma

Tərpənər

Zəlimxan Yaqub

1

İncə duyğuları duymayan insan, Həmişə xam düşər, naşı tərpənər. Arif gözlərinə verməz əziyyət, Mətləb anladanda qaşı tərpənər.

Bağbana əzizdir xətri hər bağın, Danışan dili var otun, yarpağın. Dilbilməz əlindən ana torpağın, Qayası titrəyər, daşı tərpənər.

Kim ki, dünya görüb bu dağlar kimi, Atılıb-düşərmi uşaqlar kimi. Əl-qolu oynamaz budaqlar kimi, Astadan-astadan başı tərpənər.

1975, 14 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.