Əsas məzmuna keç

Sərbəst şeir

Tərcümeyi-hal

Zəlimxan Yaqub

1

Sözü şeirə çevirdim, Şeiri kitaba, Kitabı dastana. Dastanı çiçək-çiçək Sayrışan gülüstana. Gülüstanda qovuşdurdum, Yarı yarına. Çiçəkləri verdim, Qarışqanın, kəpənəyin, Arının ixtiyarına. Zəriflikdə kəpənəyə, Yük çəkməkdə qarışqaya, Bal çəkməkdə arıya yoldaş oldum. Ömür dastanını yaratdım, Çiçək oldum, torpaq oldum, daş oldum. Səsim çatdı zamandan-zamana, Zaman oldum, tarix oldum, yaş oldum.

2010, 24 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.