Tellərin
Ay qız, sənin nə vədəndi, Kəsilib qısa tellərin? Kəlağayı əlvan, qıyqacı, Üstündən basa tellərin.
Yanaqların güldü, solmaz, Oxladın, yaram sağalmaz. Qaşın cəllad, gözün almaz, Bağrımı kəsə tellərin.
Bağban ağlar bar ucundan, Xəstə ölər nar ucundan. Ələsgər tək yar ucundan Batıbdı yasa tellərin.