Əsas məzmuna keç

Qoşma

Tellər

Zəlimxan Yaqub

2

Yenə nə nalədi, yenə nə səsdi, Nədir o çəkdiyin haray, a tellər. Yenəmi ayrıldı Gəncədən Kərəm, Yenəmi dağıldı saray, a tellər.

Əslinin həsrəti, Qəribin qəmi, Yükünü kədərdən götürmüş gəmi. Məcnun intizarı, Leyli sitəmi, Haraya sığışar, haraya, tellər.

Şair Zəlimxana doğmadır adın, Qəddar düşmənisən sənətə yadın. Sən bizi Allahdan az yandırmadın, İnsafı gətirsək araya, tellər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.