Təkcə bələyini gətirmir gələn
Hər insan özüylə dünya gətirir, Dünyaya özünü gətirir gəlir. Çiynində yükünü, başda ağlını, Dilində sözünü gətirir gəlir.
Uca sarayı yox, qara damı yox, Yanan çırağı yox, yanan şamı yox. İnsansız həyatın duzu, tamı yox, Hər kəs öz duzunu gətirir gəlir.
Görüşür doğulan, ayrılır ölən, Yasdadı ağlayan, toydadı gülən. Təkcə bələyini gətirmir gələn, Kəfənlik bezini gətirir gəlir.
2001, 8 aprel