Təcnis
Sevənlər küsəndə öz taleyindən, Çətin ki, meylini o yara bağlar. Yazın oğlan çağı yalqız olanda, Xəzantək görünər a yara, bağlar.
Ayrılıq yandırar o yar bağrını, Közə məskən eylər o yar, bağrını. İntizar insanın oyar bağrını, Günəş üz döndərər, Ay ara bağlar.
Əgər bir gün acı olsa şirinlər, Çaqqal gülər, pələng ağlar, şir inlər. Fərhadına yetişməsə Şirinlər, Həsrət sinələrdə a yara bağlar.
1977, 26 sentyabr