Əsas məzmuna keç

Heca şeiri

Təcnis

Zəlimxan Yaqub

1

Qara gün gətirər qaraqabaqlı, Danışan, sevinən, gülən əm, gözəl. Gəl dəstə bağlayaq, öpək üzündən, Təzəcə düşübdü gülə nəm, gözəl.

Nədə qəmzə gördün, nədə naz, gülüm, Nədən çox yarıdın, nədən az, gülüm. Səni şən görəndə nədən az gülüm, Sevinci sevənəm, gülənəm, gözəl.

1973, 25 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.