Əsas məzmuna keç

Qoşma

Təcnis

Zəlimxan Yaqub

1

Ləngərli, laylalı dənizə dönsən, Say öz qucağında yar, ada məni. Səninlə bir olsam öldürə bilməz, Tufandan aldığım yara da məni.

Tez gəl, tab eyləməz könlümüz ilə, Həsrət oynamasın könlümüz ilə. Qaldır sevincinlə könlümü zilə, Çatdır yar şöhrətə, yar, ada məni.

Eşqim gözlərinin həyatındadı, Sənsiz əfsanədi həyatın da adı. Səni min yaşada həyatın dadı, Ölsəm də, təzədən yarada məni.

1973, 25 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.