Əsas məzmuna keç

Qoşma

Təcnis

Zəlimxan Yaqub

1

Yarının əlində ixtiyar olsa, Bütün bu dünyanı Gülgəzin eylər. Qaralsın çırağı, yanmasın şamı, Abbassız bir otaq Gülgəzi neylər.

Qoyma sinən üstə özgə sinə, yar, Qıyma özgə yata, özgə sinə, yar. Heç naz eyləyərmi özgəsinə yar, Yenə naz eyləsə, Gülgəzinə eylər.

Tükənməz bulaqdır elinsə sinə, Zəlimxan, batmaq nə, elin səsi nə? Hər zaman səs verər elin səsinə, Unutmaz Abbası, Gülgəzi neylər.

1972, 22-23 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.