Təcnis
Dodağın şirini, dişin incisi, Gözlərin qarası gözəllərdədi. Gözəl deyə-deyə yandım-yaxıldım, Bir insafa gəlsin gözəllər də, di.
Verəndə canını gözəl ərinə, Çətin, gözəl bezə, gözəl ərinə. Sevdir bu dünyanı, gözəl, ərinə, Həyatın ləzzəti gözəl ərdədi.
Səni canım qədər istərəm, yarım, Yolunda dağ olsa, istərəm yarım. İstər öldür məni, istər əm, yarım, Doydur gözlərimi, göz əllərdədi.
1972, 20 dekabr