Təcnis
Bir az asta yeri, dağdan uçarsan, Uca dağ dediyin Əsəlgərd1 ədə.. Neçə yol bərəyə, bəndə düşübsən, Xəstə Qasımda da, Ələsgərdə də.
Yanarmı, yüz od vur, ad-sanı qala, Ömrü Dəlidağdı, ad-sanı qala. Haqqı var bir belə ad-sanı qala, Ölgün kəlmə yoxdu Ələsgərdə də!
Ona şeir yazdım, dedi yaz, anam, Gərək ustadımı yay, qış, yaz anam. Zəlimxan, demə ki, şeir yazanam, Sən körpə uşaqsan, Ələsgər dədə.
1972, 16 dekabr · 1 Ələsgərdi, ədə