Əsas məzmuna keç

Qoşma

Təcnis

Zəlimxan Yaqub

1

Gül açasan ömrün bahar çağında, Budaq əyə, bar verəsən qışacan. Gərək elə gətirəsən payızı, Heç olmaya qış təntiyən, qış acan.

Nə yaratsan yaradasan ürəkdən, Pis toxumdan heç tutmaya ürək dən. Od almasan bir sevdalı ürəkdən, Səni vaxtsız əldən salar qış, a can.

Mənzil kəsmək qış çətindi, yaz asan, Yaxşı keçsə ömrü-günü yaza san. Yazanda da yaza şeir yazasan, Verməyəsən sərt ayaza, qışa can.

1972, 10 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.