Əsas məzmuna keç

Qoşma

Təcnis

Zəlimxan Yaqub

1

Deyirlər sevdiyim qəmlənib bir az, Heç ona qəm-qüssə yaraşandımı? Görüşək, dost olaq sevincimizlə, Dərdə həmdəm olmaq yara şandımı.

Ondan ötrü neyliyirsən görə, sən, Gözüm, üstən küləkdimi gör əsən. Məndən ayrı nə gündədi görəsən, Yarın sinəsində yara şandımı?

Hökmlə deyil ki, deyəm yan, a şam, Yersiz, ağır işdi, çətin yana şam. Gərək özüm gedəm, özüm yanaşam, Hicran dağlarını yar aşandımı?

1972, 8 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.