Təcnis
Meylim yenə üç aləmə bağlanıb: Tüstü – yaşıl, köz – qırmızı, od – ala. Mən kiməm ki, xəyalımla öyünəm, Vurğun gərək, burda seyrə o dala.
Arzum çoxdu, qəsrim azdı, qalam az, İstəmirəm bu dünyada qalam az. Həyat bir də ocağımı qalamaz, Külə dönsəm, çətin eşqim od ala.
Günəş doğar, qənim olar qara, yaz, Ay Zəlimxan, baxma yağan qara, yaz. Düşmən əli buz parçası, qar, ayaz, Əlim gərək dost əlindən od ala!
1978, 17 iyun