Əsas məzmuna keç

Qoşma

Təcnis

Zəlimxan Yaqub

2

Şair dərdi nə dilbilməz olurmuş, Necə deyim, divar, anla; divar, qan. Bir ömürdə min bir ömür yaşayır, Bacarırsan, di var, anla, di var, qan.

Yaxşı bilər öz içi nə, çəkilər, Fikri Hində, özü Çinə çəkilər, İçi qandı, öz içinə çəkilər, Otaq zülmət, qapı bağlı, divar qan.

Yaman gözdən gül yayına, gül gəzə, Gül əllərdə gül dolana, gül gəzə, Aşıq Abbas yetişsə də Gülgəzə, Şah Abbasdan nələr çəkdi Divarqan.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.